"CinemaPlus Ganjlik Mall"da "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi olub - FOTO - VİDEO

"CinemaPlus Ganjlik Mall"da "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi olub - FOTO - VİDEO Xronometrajı 110 dəqiqə olan filmin rejissoru Roar Uthaugdur
İncəsənət
958
14 Mart , 2018 22:38
CinemaPlus Ganjlik Mallda Tomb Raider:Lara Kroft filminin premyera öncəsi nümayişi olub - FOTO - VİDEO
Report

Bakı. 14 mart. REPORT.AZ/ "CinemaPlus Ganjlik Mall"da macəra, savaş janrında olan "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi keçirilib.

"Report" xəbər verir ki, filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.

Ekran işində baş rolları Alicia Vikander, Walton Goggins, Hannah John-Kamen ifa ediblər. Xronometrajı 110 dəqiqə olan filmin rejissoru Roar Uthaugdur.

Filmin süjet xəttinə görə, Lara Kroft ilk növbədə rüsvay edilmiş adını təmizləməkdən ötrü atasının başladığı arxeoloji tədqiqatı sona çatdırmaq və antik sirrləri açmaq üçün öz ilk ekspedisiyasına yollanır. O, indi kultdan qarışmış adada sağ qalmaq üçün bütün bacarığından, gücündən və silahından istifadə edərək mübarizə aparmalıdır.

Film martın 15-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Tədbirin təşkilati dəstəkçiləri "Papa Johns Pizza Azerbaijan”, "Merit Brand" şərab şitkəti, "Red Bull", TNT kuryer şirkəti, İdeal Parfum və kosmetika, "Kenzo" və "tap.az"dır.

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi