"CinemaPlus”da "Tamirhane" filmi nümayiş olunur - VİDEO

"CinemaPlus”da "Tamirhane" filmi nümayiş olunur - VİDEO Noyabrın 11-dən "CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan "Tamirhane" tragikomik filminin nümayişi başlayıb.
İncəsənət
19 Noyabr , 2022 13:51
CinemaPlus”da Tamirhane filmi nümayiş olunur - VİDEO

Noyabrın 11-dən "CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan "Tamirhane" tragikomik filminin nümayişi başlayıb.

Kinoteatrdan "Report"a verilən məlumata görə, filmin rejissoru məşhur aktyor Erkan Kolçak Köstendil, ssenari müəllifi isə Bülent Şakrakdır.

Ekran əsərində baş rollarda Nejat İşler, Merve Dizdar, Rıza Kocaoğlu, Ali Seçkiner, Erkan Kolçak Köstendil və Bülent Şakrak çəkilib.

Ssenariyə əsasən, baş qəhrəmanlar Yılmaz və Müjdat iki dostdur. Onlar uşaqlıqdan bir-birilərini tanıyırlar, eyni uşaq evində böyüyüblər. İndi isə birlikdə avtomobil təmiri sexində işləyirlər.

Bir gün hər şeydən narazı olan yaşlı bir kişi maşınını təmir etmək üçün onların yanına gəlir. Söhbətin gedişatında maşının sahibi infarkt keçirir və ölür. İki dost da qətldə ittiham oluna biləcəklərini düşünürlər.

Yılmaz və Müjdat qocanın meyitini yanacaq çəninə qoyurlar. Daha sonra meyitin olduğu yanacaq çənindən götürülmüş həlledici ilə rənglədikləri avtomobillərin gözəl görünməyə başladığını görürlər. Həmin andan etibarən Yılmaz və Müjdatın həyatı tamamilə dəyişir.

Qeyd edək ki, “CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Filmi izləyənlərin təəssüratlarını təqdim edirik:

Son xəbərlər

Orphus sistemi