“CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək - VİDEO

“CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək - VİDEO “CinemaPlus” kinoteatrlar şəbəkəsi yanvarın 20-də komediya filmlərini repertuarından çıxaracaq
İncəsənət
19 Yanvar , 2017 14:18
“CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi “Qanlı Yanvar” filmini pulsuz nümayiş etdirəcək.

“Report”un məlumatına görə, yanvarın 20-də nümayiş olunacaq film 1990-cı ilin 20 Yanvar faciəsindən bəhs edir. 

İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir.

Flmin rejissoru Vahid Mustafayevdir. Baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Eyni zamanda, sabah “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

Son xəbərlər

Orphus sistemi