“CinemaPlus”da Leninqradın blokadadan azad olunmasının 75 illiyi münasibətilə tədbir keçirilib

“CinemaPlus”da Leninqradın blokadadan azad olunmasının 75 illiyi münasibətilə tədbir keçirilib Bakı. 13 fevral. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında, Azərbaycanın Rus İcması ilə birgə Sankt-Peterburq şəhərinin (o zamanki Leninqrad) mühasirədən azad olunmasının 75 illiyi münasibətilə tədbir keçirilib.
İncəsənət
27379
13 Fevral , 2019 12:17
“CinemaPlus”da Leninqradın blokadadan azad olunmasının 75 illiyi münasibətilə tədbir keçirilib

Bakı. 13 fevral. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında, Azərbaycanın Rus İcması ilə birgə Sankt-Peterburq şəhərinin (o zamanki Leninqrad) mühasirədən azad olunmasının 75 illiyi münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Leninqradda blokadada qalmış insanlar, Böyük Vətən müharibəsi veteranları, Rus Pravoslav Kilsəsinin nümayəndələri, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycanın Rus İcmasının üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Təqdimatda Milli Məclisin deputatı və Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Rusiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi Alla Naniyeva və Azərbaycanın Rus İcmasının əmək və müharibə veteranlarının işləri üzrə kommissiyasının nümayəndəsi Dmitriy Anisimov çıxış edib.

Tədbirin rəsmi hissəsindən sonra “Leninqradı xilas etmək” rus hərbi dramasının nümayiş olunub.

Real hadisələr əsasında çəkilmiş filmin rejissoru Aleksey Kozlovdur. Baş rollarda Mariya Melnikova, Andrey Mironov-Udalov və Anastasiya Melnikova ifa ediblər.

Ekran əsərində hadisələr 1941-ci ilin sentyabrında baş verir. Sujetin mərkəzində olan gənc sevgililər Kostya və Nastya məcburiyyətdən blokadada olan Leninqraddan insanları çıxaran barjada hərəkət etməli olurlar. Gecə gəmi fırtınaya düşür və qəzaya uğrayır, faciə yerində isə xilasedicilər yox düşmən təyyarələri olur.

Son xəbərlər

Orphus sistemi