“CinemaPlus”da “Killerin cangüdəni” filminin premyera öncəsi nümayişi keçirilib - VİDEO

“CinemaPlus”da “Killerin cangüdəni” filminin premyera öncəsi nümayişi keçirilib - VİDEO Ekran əsərində şahidlərin mühafizəsi üzrə agent obrazında Rayan Reynolds və muzdlu killer rolununda isə Samuel L. Ceksonun çəkilib
İncəsənət
100
18 Avqust , 2017 13:40
“CinemaPlus”da “Killerin cangüdəni” filminin premyera öncəsi nümayişi keçirilib - VİDEO

Bakı. 18 avqust. REPORT.AZ/ “CinemaPlus 28 Mall” premium kinoteatrında “Killerin cangüdəni” adlı komediya döyüş filminin premyera öncəsi nümayişi keçirilib.

"Report"un məlumatına görə, ekran əsərində şahidlərin mühafizəsi üzrə agent obrazında Rayan Reynolds və muzdlu killer rolununda isə Samuel L. Ceksonun çəkilib.

Filmin rejissoru əvvəllər “Qarşısıalınmazlar 3” layihəsində işləmiş Patrik Xyuz, ssenari müəllifi Tom O'Konnordu.

Baş rolları Hollivud ulduzları – Samuel L. Cekson, Rayan Reynolds, Salma Hayek, Qari Oldman Kirsti Mitçell, Joakim di Almeyda, Coel Koissi və başqaları oynayıb.

Ekran əsərinin süjet xəttinə görə, o, dünyamiqyaslı cangüdəndir. Onun yeni vəzifəsi isə hər kəsin öldürmək niyyətində olduğu killeri qorumaqdır. Halbuki öz belə onun başın üzməyə çoxdan hazırdır. Lakin işin tələbləri ayrıdır: keçmişin düşmənləri sağ qala bilmək üçün bir araya gəlməlidirlər. Lakin onların üsulları o qədər fərqli, hədəfləri isə o qədər əksdir ki, sağ qalmaq artıq sual altındadır.

Son xəbərlər

Orphus sistemi