“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq

“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq Bakı. 11 dekabr. REPORT.AZ/ Premium kinoteatrı “CinemaPlus” ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı, 28 Mall Ticarət Mərkəzində “Xüsusi təyinat” qısametrajlı sənədli filminin nümayişini keçirəcək.
İncəsənət
11 Dekabr , 2017 13:54
“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Premium kinoteatrı “CinemaPlus” ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı, 28 Mall Ticarət Mərkəzində “Xüsusi təyinat” qısametrajlı sənədli filminin nümayişini keçirəcək.

"Report"un məlumatına görə, “Xüsusi təyinat” xalq artisti, əməkdar incəsənət xadimi, rejissor Vaqif Mustafayevin dahi lider haqqında çəkdiyi onuncu filmdir.

Film bir növ tarixə səyahətdir. Yeni ekran əsərində Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyətindən bəhs edilir.

Film dekabrın 12-də saat 11:00-da nümayiş olunacaq və giriş sərbəstdir. 

Son xəbərlər

Orphus sistemi