“CinemaPlus”da ümummilli lider haqqında film nümayiş olunacaq

“CinemaPlus”da ümummilli lider haqqında film nümayiş olunacaq Filmin nümayişinə giriş sərbəstdir
İncəsənət
10 Dekabr , 2016 13:56
“CinemaPlus”da ümummilli lider haqqında film nümayiş olunacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ “CinemaPlus 28 Mall” premium kinoteatrında Azərbaycanın ümummilli lideri Heydər Əliyev vəfatının ildönümü münasibətilə “Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.

“Report”un məlumatına görə, “Tale” Vaqif Mustafayevin ümummilli lider haqqında çəkdiyi beşinci filmdir.

Filmdə 1985-1993-cü illərdə H.Əliyevin həyatında baş vermiş hadisələr əks olunur, ümummilli lider özü həyatının bu çətin illəri haqqında danışır.

Film dekabr ayının 12-də saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir. 

Son xəbərlər

Orphus sistemi