"CinemaPlus"da Azərbaycan dilinə dublyaj edilmiş “Paddinqton 2” filminin nümayişi olub - FOTO - VİDEO

"CinemaPlus"da Azərbaycan dilinə dublyaj edilmiş “Paddinqton 2” filminin nümayişi olub - FOTO - VİDEO Dublajda Murad Dadaşov, Oksana Rəsulova və Sənubər İsgəndərli kimi məşhurlar iştirak edib
İncəsənət
21 Yanvar , 2018 19:38
CinemaPlusda Azərbaycan dilinə dublyaj edilmiş “Paddinqton 2” filminin nümayişi olub - FOTO - VİDEO

Bakı. 21 yanvar. REPORT.AZ/ "CinemaPlus Ganjlik Mall"da Azərbaycan dilinə dublyaj olunmuş “Paddinqton 2” filminin nümayişi keçirilib.

"Report" xəbər verir ki, ekran əsərində baş rolları Hyu Bonnevill, Salli Hokins, Brendan Qlison, Hyu Qrant kimi məşhurlar ifa edirlər.

Xronometrajı 103 dəqiqə olan filmin rejissoru Paul Kinqdir.

Filmi Azərbaycan dilinə Murad Dadaşov, Oksana Rəsulova, Aqil M. Quliyev, Kamran Ağabalayev və Sənubər İsgəndərli səsləndiriblər. Bu siyahıda həmçinin Zemfira Əbdülsəmədova, Elşən Rüstəmov, Valeh Kərimov, Vüsal Murtuzəliyev, Nəcibə Hüseynova, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Həlimə Axundzadə, Elman Rəfiyev, Vüqar Hüseynov, Səid Nizami, Elnur Hüseyovun da adı var.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejissoru və masterinq Azad Vəliyev, tərcüməçisi Xumar Quluzadə, post-prodakşn Vüqar İslamzadə, art direktoru Kamil Dadaşov, dizayneri Emil İbrahimov, prodüseri Xətai Əli, direktoru Cəfər Axundzadədir.

Filmin süjet xəttinə görə, Londonun antikvar mağazasında gözəl və yaxşı tərbiyə olunmuş ayı Paddinqton qədim qeyri-adi bir kitab tapır. O, bütün ayı gücü ilə həmin kitaba pul yığana kimi, nadir kitab oğurlanır. Paddinqton, it konservləri reklam edən, öz çevrilmə bacarığını bütün Londanda gizlədilən zinət əşyalarının ovuna istifadə edən aktyorun planı olan əsrin hiyləsinə qoşulmuş olur.

Son xəbərlər

Orphus sistemi