“CinemaPlus”da “Aykut enişte 2” filminin nümayişi başlanıb

“CinemaPlus”da “Aykut enişte 2” filminin nümayişi başlanıb “CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 2-dən “Aykut enişte 2” filminin nümayişi başlanıb.
İncəsənət
3 Dekabr , 2021 16:59
“CinemaPlus”da “Aykut enişte 2” filminin nümayişi başlanıb
0 : 00
0 : 00

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 2-dən “Aykut enişte 2” filminin nümayişi başlanıb.

Kinoteatrdan "Report"a verilən məlumata görə, filmin ssenari müəllifi Cem Gelinoğludur.

Ssenari müəllifi pandemiya səbəbindən filmi iki ildir ekranlara çıxara bilmədiklərini deyib: “Bu filmi böyük sevgi və əziyyət ilə çəkmişik. Birinci hissə çox bəyənildi və ikinci hissə də tamaşaçıların qəlbində yer tapacaq”.

Rejissoru Onur Bilgətay olan filmdə baş rollarda Cem Gelinoğlu, Melis Babadağ və Lale Başar yer alıblar.

Son xəbərlər

Orphus sistemi