"CinemaPlus Azerbaijan"da "Peru" sənədli filminin premyera öncəsi nümayişi keçirilib

"CinemaPlus Azerbaijan"da "Peru" sənədli filminin premyera öncəsi nümayişi keçirilib Film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir
İncəsənət
31 Avqust , 2017 19:29
CinemaPlus Azerbaijanda Peru sənədli filminin premyera öncəsi nümayişi keçirilib

Bakı. 31 avqust. REPORT.AZ/ Avqustun 30-da "CinemaPlus Azerbaijan"da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, məhşur ovçu Faiq Babanlının iştirakı ilə "Peru" sənədli filminin premyera öncəsi nümayişi keçirilib.

"Report" xəbər verir ki, filmin nümayişindən öncə Faiq Babanlı qonaqları salamlayaraq onlara xoş seyr arzulayıb.

Tədbirdə bildirilib ki, film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Oradan hətta qayıtmamaq təhlükəsi də var idi. Ov qanununa görə cəngəlliklərdə yağış yağırsa və ay görünürsə, onda heyvanlar gizlənəcəklər. Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə məcbur olaraq cəngəlliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurdular. Cənubi Amerika ölkələrindən ən çox zəhərli ilanların Peruda yaşadığını da nəzərdən qaçırmamaq lazımdır.

Qeyd edək ki, F.Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngəlliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Həmçinin Pamir, Tyan-Şan, Himalay, Pireney sıra dağlarının ucqar yerlərində olub və öz kolleksiyasını artırmaqda davam edir. 

Son xəbərlər

Orphus sistemi