Bakı. 17 yanvar. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” kinoteatrında yanvarın 13-dən 14-nə keçən gecə “Kino gecəsi” tədbiri keçirilib.
"Report"un məlumatına görə, saat 23:30-dan səhər saat 6:00-dək qonaqlara “Bəd Santa 2”, “Yolkalar 5” və “Haşhaşilərin kredosu”filmləri nümayiş olunub.
Kinoteatrda musiqi müşayiəti ilə yeni il ab-havası var idi. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil edilib.
Tədbirin təşkilinə "Cinemazadeh" dublyaj redaksiyası, "Özsüt" restoranlar şəbəkəsi, "Red Bull", "Sabina" parfümeriya-kosmetika mağazalar şəbəkəsi, "Papa Johns Pizza Azerbaijan" və "Baltika-Baku" pivə zavodu dəstək verib.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

































