Ceyms Bond haqqında sayca 25-ci filmin çəkilməsi planlaşdırılır

Ceyms Bond haqqında sayca 25-ci filmin çəkilməsi planlaşdırılır Filmin rejissoru Denni Boyldır
İncəsənət
16 Mart , 2018 07:47
Ceyms Bond haqqında sayca 25-ci filmin çəkilməsi planlaşdırılır

Bakı. 16 mart. REPORT.AZ/ Britaniyalı kinorejissor Denni Boyl Ceyms Bond haqqında yeni film çəkəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu o, "Metro" qəzetinə müsahibəsində deyib.

"Bu dəqiqə ssenari üzərində işləyirik. Beş-altı həftə ərzində çəkilişlərə başlayacağımıza ümid edirik. Belə olsa, "Bond", ilin sonu prakatlara çıxa bilər. Britaniya superagentinin macəraları barədə 25-ci film olacaq ekran əsəri şərti olaraq "Ceyms Bond - 25" adını alıb", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi