“Cəlilabad Xalq Teatrı” beş illik fasilədən sonra fəaliyyətini bərpa edib

“Cəlilabad Xalq Teatrı” beş illik fasilədən sonra fəaliyyətini bərpa edib Teatrda səhnələşdirilən ilk səhnə əsəri M.F.Axundovun "Hacı Qara" tamaşası olub
İncəsənət
21 Oktyabr , 2016 17:40
“Cəlilabad Xalq Teatrı” beş illik fasilədən sonra fəaliyyətini bərpa edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda ""Cəlilabad Xalq Teatrı" uzun müddətli -5 illik fasilədən sonra öz fəaliyyətini yenidən bərpa edib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Teatrda səhnələşdirilən mövsümün ilk premyerası, yazıçı-dramaturq, Azərbaycan dramaturgiyasının banisi və ictimai xadim M.F.Axundovun "Hacı Qara" tamaşası olub.

XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarından bəxs edən “Hacı Qara” əsərinin quruluşunu və musiqi tərtibatını Buludxan Buludov verib. Tamaşanın quruluşçu rəssamı Əli Əliyev, truppa rəhbəri Mirbalaş Salmanzadədir. Tamaşanın hazırlanmasında Lənkəran Dövlət Dram teatrı məsləhətçi qismində çıxış edib.

Tamaşada baş rolları Buludxan ve Anar Buludovlar ifa ediblər. Tamaşanın premyerasında Rayon icra Hakimiyyətinin başçısı, Lənkəran Dram Teatrının yaradıcı heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi