Ceki Çan Moskvada Çin kinosu festivalının açılışında iştirak edəcək

Ceki Çan Moskvada Çin kinosu festivalının açılışında iştirak edəcək Festivalın ilk günü qonaqlara Ceki Çanın baş rolu ifa etdiyi "İz ilə" komediyalı döyüş filmi nümayiş etdiriləcək
İncəsənət
5 Noyabr , 2016 17:34
Ceki Çan Moskvada Çin kinosu festivalının açılışında iştirak edəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Dünya şöhrətli aktyor Ceki Çan Moskvaya səfərə gedəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Honkonqda doğulmuş məşhur aktyor Rusiya paytaxtında Çin kinosu festivalının açılışında iştirak edəcək.

Kinoforumun təntənəli açılış mərasimi noyabrın 8-də keçiriləcək.

Festivalın ilk günü qonaqlara Ceki Çanın baş rolu ifa etdiyi "İz ilə" komediyalı döyüş filmi nümayiş etdiriləcək. Tamaşaçılar həmçinin 2015-2016-cı illərdə çəkilmiş müxtəlif janrlı Çin filmlərini də izləyə biləcək.

Son xəbərlər

Orphus sistemi