“Cəhənnəm sakinləri” tamaşası Şamaxıda nümayiş etdirilib

“Cəhənnəm sakinləri” tamaşası Şamaxıda nümayiş etdirilib Bakı. 23 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kollektivi “Cəhənnəm sakinləri” tamaşası ilə Şamaxıda qastrol səfərində olub.
İncəsənət
461
23 Noyabr , 2018 11:03
“Cəhənnəm sakinləri” tamaşası Şamaxıda nümayiş etdirilib
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kollektivi “Cəhənnəm sakinləri” tamaşası ilə Şamaxıda qastrol səfərində olub. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri Şamaxı Mədəniyyət Mərkəzində nümayiş etdirilib.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

Qeyd edək ki, tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Son xəbərlər

Orphus sistemi