Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb

Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə XVII Direklerarası Seyirci Ödülləri teatr mükafatının qalibi olub.
İncəsənət
19 Dekabr , 2017 12:47
Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVII Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

O, bu mükafata Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət "Ah, bu evlilik..." tamaşasındakı rejissor işinə görə layiq görülüb. Mükafat Adanada keçirilən mərasimində C.Novruzova təqdim olunub.

Mükafatın "Halk Jürisi"nin üzvləri 2016-2017-ci ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Qeyd edək ki, Cahangir Novruzov ötən teatr mövsümündə "Tiyatro için Emek Ödülü" mükafatına layiq görülmüşdü.

Xatırladaq ki, 1995-ci ildən Türkiyədə yaşayan C.Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədr müavinidir.



Son xəbərlər

Orphus sistemi