Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi qeyd edilib

Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi qeyd edilib Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb
İncəsənət
3 May , 2016 16:12
Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi qeyd edilib

Bakı. 3 may. RERORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi qeyd olunub. 

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Tədbirin aparıcısı Ülviyyə Şahbalayeva məktəbdə muğam sinfinin yaranmasının 30 illiyinin tamam olması barədə məlumat verib və burada müəllim Sabir Abdullayevin böyük əməyinin olduğunu qeyd edib. Bu münasibətlə S.Abdullayev məktəbin Fəxri Fərmanı ilə təltif edilib.

Yubiley muğam sinfinin şagirdlərinin ifasında "Arazbarı" ritmik muğamı, "Qarabağ" şikəstəsi və çeşidli xalq mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi