Bu ilin birinci yarısında Naxçıvan muzeylərinə 217 mindən çox ziyarətçi gəlib

Bu ilin birinci yarısında Naxçıvan muzeylərinə 217 mindən çox ziyarətçi gəlib Bu dövrdə muzeylərə 759 yeni eksponat daxil edilib
İncəsənət
19 İyul , 2017 11:14
Bu ilin birinci yarısında Naxçıvan muzeylərinə 217 mindən çox ziyarətçi gəlib

Bakı. 19 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının muzeylərini 217 mindən çox tamaşaçı ziyarət edib. Onlardan da 45 minə yaxını xarici ölkə vətəndaşı olub.

"Report" muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu dövrdə muzeylərlə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi arasında 10 distant dərs keçilib. Hesabat dövründə muzeylərə 759 yeni eksponat daxil edilib. Həmin müddətdə muxtar respublikanın kitabxanalarına oxucu gəlişi 93 mindən, kitab verilişi isə 355 mindən artıq olub. 

Son xəbərlər

Orphus sistemi