Bakı. 19 fevral. REPORT.AZ/ Bu il "Oskar" kino mükafatının nominantları ötən ilə nisbətdə daha ucuz hədiyyələr alacaqlar.
"Report" xəbər verir ki, bu barədə hədiyyə dəstlərinin qiymətləndirməsini aparan "Forbes" jurnalı yazıb.
Nəşrin məlumatına görə, hazırda bir hədiyyə səbətinin dəyəri təqribən 200 min dollardır. Halbuki, 2016-cı ildə bu, 232 min dollara çatırdı və ümumi olaraq 6 milyon dollar xərc tələb edirdi.
Hədiyyə dəstləri ənənəvi olaraq ən yaxşı aktyor və aktrisa və ya rejissor adı kateqoriyalarında bütün nominantlara təqdim olunur. Səbətə səyahət, kosmetik prosedurlar və ekzotik hədiyyələr daxil ola bilir. Hər hansı bir brendin dəstə daxil olması üçün şirkətlər 4 min dollardan ucuz məhsul və xidmət təklif edə bilməzlər.