Bu gün “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

Bu gün “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək Elnur Hüseynov yarımfinalda 11-ci sırada çıxış edəcək
İncəsənət
21 May , 2015 10:34
Bu gün “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

Bakı. 21 may. REPORT.AZ/ Bu gün Avstriyanın paytaxtı Vyanada "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

"Report" xəbər verir ki, ikinci yarımfinalda 17 ölkə - Azərbaycan, Çexiya, İrlandiya, Norveç, Malta, San-Marino, Portuqaliya, Litva, Latviya, Sloveniya, İsveçrə, Monteneqro, Polşa, İsveç, Kipr, İsrail və İslandiya çıxış edəcək. 

Azərbaycan təmsilçisi Elnur Hüseynov 11-ci sırada "Hour of the Wolf" mahnısını oxuyacaq.

Müsabiqədə 39 ölkə təmsil olunur. İtaliya, İspaniya, Böyük Britaniya, Almaniya, Fransa və 2014-cü ilin qalibi olmuş Avstriya mayın 23-də keçirilən finalda birbaşa çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi