Britaniyanın məşhur teatrları Bakıda tamaşa göstərəcək

Britaniyanın məşhur teatrları Bakıda tamaşa göstərəcək Mövsüm Vilyam Şekspirin “Hamlet” tamaşası ilə açılacaq
İncəsənət
4 Dekabr , 2015 13:35
Britaniyanın məşhur teatrları Bakıda tamaşa göstərəcək

Bakı. 4 dekabr. REPORT.AZ/ Nizami Kino mərkəzi dekabrın 8-dən başlayaraq British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi ilə birgə şəhər sakinlərinə Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzi yayıb. Layihənin misiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

Mövsüm dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı Vilyam Şekspirin “Hamlet” tamaşası ilə açılacaq. Tamaşa rus dilində alt yazılarla təqdim olunacaq.

Nümayiş olunacaq tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazananlardır. Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəsüratı yaradacaq.

Theatre HD layihəsi çərçivəsində təqdim olunan növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin “Koriolanus” pyesi olacaq. Tamaşanın nümayış tarixi dekabrın 15–nə planlaşdırılıb.

British Council Azərbaycan-ın direktoru Elizabet Vayt layihə ilə əlaqədar verdiyi şərhdə deyib: “Mən böyük məmnunluq hissi duyuram ki, biz artıq Bakıda yeni bir layihəmizə start veririk və ümid edirəm ki, hər kəs bundan böyük zövq alacaq. Xüsusilə ilk tamaşanı izləmək üçün çox səbirsizəm”.

Son xəbərlər

Orphus sistemi