Bred Pit Los-Ancelesdə qəza keçirib

Bred Pit Los-Ancelesdə qəza keçirib Bakı. 8 fevral. REPORT.AZ/ Amerikalı aktyor Bred Pit Kaliforniya ştatının Los-Anceles şəhərində qəzaya düşüb.
İncəsənət
8 Fevral , 2018 19:19
Bred Pit Los-Ancelesdə qəza keçirib

Bakı. 8 fevral. REPORT.AZ/ Amerikalı aktyor Bred Pit Kaliforniya ştatının Los-Anceles şəhərində qəzaya düşüb.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Daily Mail" qəzeti xəbər verir.

54-yaşlı aktyorun idarə etdiyi tünd boz rəngli "Tesla" "Nissan" markalı avtomobillə toqquşub. Daha sonra "Nissan" balaca qara rəngli "Kia"ya çırpılıb.

Avtomobillərə dəyən ziyan cüzi olduğundan hər üç sürücü hadisə yerini tərk edib. 

Son xəbərlər

Orphus sistemi