Britaniyanın məşhur teatrı Akademik Milli Dram Teatrında tamaşa göstərəcək

Britaniyanın məşhur teatrı Akademik Milli Dram Teatrında tamaşa göstərəcək "Qlobus" teatrı artıq Milli Dram Teatrının dəvətini qəbul edib
İncəsənət
104
11 Sentyabr , 2015 15:55
Britaniyanın məşhur teatrı Akademik Milli Dram Teatrında tamaşa göstərəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Böyük Britaniyanın məşhur "Qlobus" teatrı ilə əməkdaşlıq əlaqələri qurub. 

"Report" xəbər verir ki, bu barədə 143-cü teatr mövsümünün açılışına həsr olunan mətbuat konfransında Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət deyib.

Onun sözlərinə görə, "Qlobus" teatrı artıq Milli Dram Teatrının dəvətini qəbul edib: "Qlobus" teatrı oktyabrın 3-də "Hamlet" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək".

Son xəbərlər

Orphus sistemi