Böyük Britaniyada azərbaycanlı rəssamların əsərləri nümayiş olunub - VİDEO

Böyük Britaniyada azərbaycanlı rəssamların əsərləri nümayiş olunub - VİDEO London. 26 sentyabr. REPORT.AZ/ Böyük Britaniyada azərbaycanlı rəssamların əsərlərindən ibarət “Xəzər xəzinələri simfoniyası” adlı incəsənət sərgisi keçirilib.
İncəsənət
26 Sentyabr , 2018 13:41
Böyük Britaniyada azərbaycanlı rəssamların əsərləri nümayiş olunub - VİDEO
Report
0 : 00
0 : 00

London. 26 sentyabr. REPORT.AZ/ Böyük Britaniyada azərbaycanlı rəssamların əsərlərindən ibarət “Xəzər xəzinələri simfoniyası” adlı incəsənət sərgisi keçirilib. 

“Report”un Böyük Britaniya bürosu xəbər verir ki, sərgi "Kaspia" Müasir İncəsənət Qalereyası və Azərbaycan Qadınlar Assosiasiyasının əməkdaşlığı çərçivəsində baş tutub.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində təşkil edilən sərgi çərçivəsində azərbaycanlı rəssam Vüqar Muradov, Cəlal Ağayev, Emin Qəhrəmanov, Hacımirzə Fərzəliyevin əsərləri nümayiş olunub. 

"Kaspia" İncəsənət Qalereyasının həmtəsisçisi Elnarə Şıxlinskaya “Report”a açıqlamasında bildirib ki, sərgi Azərbaycan rəssamlarının dünyada tanıdılması üçün böyük əhəmiyyəti daşıyır: “Sərgini keçirərkən bizim bir neçə məqsədimiz var idi. Biz, ilk növbədə, bu sərgi ilə Azərbaycanın incəsənət bazarında təkamül yaratmaq, incəsənətimizi Britaniyada və bütün dünyada tanıtmaq istəyirik. Digər məqsədimiz isə odur ki, xarici ölkələrdə incəsənətimiz haqqında araşdırmalar aparılsın, kitablar yazılsın. Britaniyada hər bir xalqın incəsənəti ilə bağlı kitab tapmaq mümkündür, ancaq Azərbaycan incəsənəti barəsində kitap tapmaq çox çətindir. Bu istiqamətdə Britaniyanın bir neçə universitetinin professorları ilə görüşlər keçirmişik və danışıqlar aparırıq". 

"London dünya incəsənət bazarının mərkəzidir. Ona görə də istedadlı və unikal texnikaya malik olan rəssamları Britaniyada tanıtmaq, onların keçdiyi yolu, vermək istədikləri hissləri buradaki insanlara çatdırmaq vacibdir. Bu gün ilk dəfə Azərbaycan rəssamlarının əsərləri Krallıqda təqdim edilib. Bu da rəssamlarımızın tanınması üçün ilk addım idi və bizim bundan sonra da layihələrimiz olacaq”, - o deyib.

Birləşmiş Krallıqda Azərbaycan Qadınları Assosiasiyası 2017-ci ilin oktyabr ayında Birləşmiş Krallıqda yaşayan Azərbaycanlı qadınların şəbəkəsini yaratmaq və onlar arasında əlaqələri genişləndirmək məqsədilə yaradılıb. Assosiasiyanın yaradıcısı və cari Fəxri Prezidenti, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirinin həyat yoldaşı Ülviyyə Tağızadədir. Assosiasiyanın fəaliyyəti sırasına şəbəkələşmə, mədəniyyət və xeyriyyə tədbirləri daxildir.

Aytən Abbaslı

Son xəbərlər

Orphus sistemi