Milli Dram Teatrından "Report"a daxil olan xəbərə görə, noyabrın 19-da teatrın səhnəsində "Boy çiçəyi" tamaşasının nümayişi olacaq.
Qeyd edək ki, əsərə rejissor Azərpaşa Nemət 2011-ci ildə quruluş verib. Tamaşa Milli Dram Teatrının repertuarında olan uğurlu tamaşalardan biri sayılır. Əsərin uzun müddət nümayiş edilməməsinin səbəbi tamaşada baş rolu ifa edən əməkdar artist Məsmə Aslanqızının analıq məzuniyyətində olması ilə bağlı idi.
Xatırladaq ki, "Boy çiçəyi" tamaşasında Həsənzadə obrazını xalq artisti Fuad Poladov, Nargilə rolunu isə əməkdar artist Məsmə Aslanqızı ifa edir.