“Bizim Kino Günləri”nə yenidən start verilir

“Bizim Kino Günləri”nə yenidən start verilir Son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu 4 fərqli film göstərilib
İncəsənət
30 Yanvar , 2017 20:07
“Bizim Kino Günləri”nə yenidən start verilir

Bakı. 30 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi ilə “AzəRbaycanfilm”in ənənəvi layihəsi olan “Bizim Kino Günləri”nə start verilir.

“Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kinosevərlərə bu layihə 2016-cı ildən tanışdır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ümumi işi olan ilk layihə - “Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanıb. Bu, Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub.

Bildirilib ki, tamaşaçılara kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu 4 fərqli film göstərilib.

Son xəbərlər

Orphus sistemi