Beynəlxalq müsabiqələr laureatının konserti olub

Beynəlxalq müsabiqələr laureatının konserti olub Gənc musiqiçi "Cənnət lövhələri" adlı müəllif konsertini təqdim edib
İncəsənət
6 Mart , 2015 12:38
Beynəlxalq müsabiqələr laureatının konserti olub

Bakı. 6 mart. REPORT.AZ/ Gənc bəstəkar, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Arzu Abbasovanın 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Cənnət lövhələri" adlı müəllif konserti keçirilib.

"Report" xəbər verir ki, konsert proqramına gənc bəstəkarın kiçik yaşlarından bəstələdiyi əsərlər daxil edilib. 

Eyni zamanda, G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbində təhsil alan istedadlı musiqiçinin "Sülh nəğməsi" mahnısı AzTV-nin nəzdində fəaliyyət göstərən Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xor kollektivinin ifasında səslənib.

Gənc musiqiçinin "Nağıllar aləmi" (fleyta və piano üçün), "Mövzu və variasiyalar" (piano), "Pamukkale" (proqramlı süita), "Fantaziya" (skripka və piano üçün), "Cənnət lövhələri" (proqramlı süita) əsərləri də dinləyicilərdə yüksək bayram əhvalı yaşadıb.

Tədbirdə musiqi ictimaiyyəti, tanınmış musiqi xadimləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi