Beynəlxalq Mstislav Rostropoviç festivalının proqramı açıqlanıb

Beynəlxalq Mstislav Rostropoviç festivalının proqramı açıqlanıb Konsertdə P.İ.Çaykovski, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç və İ.Stravinskinin əsərləri səsləndiriləcək
İncəsənət
5 Aprel , 2017 14:03
Beynəlxalq Mstislav Rostropoviç festivalının proqramı açıqlanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda aprelin 23-dən 27-dək IX Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək. 

Bu barədə "Report"a Heydər Əliyev Sarayının mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə keçiriləcək festivalda dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edəcəklər.

Festival çərçivəsində aprelin 26-27-də Heydər Əliyev Sarayında Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru SSRİ xalq artisti Yuri Temirkanovdur. Aprelin 26-da konsertinin solisti Vadim Rudenko (fortepiano), aprelin 27-də isə festivalın təntənəli bağlanış konsertinin solisti Sergey Doqadin (violin) olacaq.

Konsertdə P.İ.Çaykovski, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç və İ.Stravinskinin əsərləri səsləndiriləcək.

Saat 19:00-da baş tutacaq konsertlərin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi