Bəstəkar Xəyyam Mirzəzadə vəfat edib

Bəstəkar Xəyyam Mirzəzadə vəfat edib Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə vəfat edib.
İncəsənət
30 İyul , 2018 19:36
Bəstəkar Xəyyam Mirzəzadə vəfat edib

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə vəfat edib.

"Report"un məlumatına görə, görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, X.Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. 

Son xəbərlər

Orphus sistemi