Bəstəkar Musa Mirzəyevin xatirəsi yad ediləcək

Bəstəkar Musa Mirzəyevin xatirəsi yad ediləcək Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, mərhum bəstəkar Musa Mirzəyevin xatirəsi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniy...
İncəsənət
1000
22 Fevral , 2016 19:57
Bəstəkar Musa Mirzəyevin xatirəsi yad ediləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, mərhum bəstəkar Musa Mirzəyevin xatirəsi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yad ediləcək.

"Report" xəbər verir ki, bu barədə xəbəri Azərbaycan Dövlət Filarmoniyası yayıb.

Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin ifasında Musa Mirzəyevin simfonik əsərləri səsləndiriləcək.

Orkestrin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir.

Xatırladaq ki, M.Mirzəyev yanvarın 29-da vəfat edib.

M.Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.

M.Mirzəyev Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü olub.

Musa Mirzəyev Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə görə, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. 

Son xəbərlər

Orphus sistemi