Bərpaçı rəssam Gülşən Hacıyevanın fərdi sərgisi açılıb

Bərpaçı rəssam Gülşən Hacıyevanın fərdi sərgisi açılıb Sərgidə rəssamın 150-dək əsəri nümayiş olunur
İncəsənət
7 Avqust , 2015 12:07
Bərpaçı rəssam Gülşən Hacıyevanın fərdi sərgisi açılıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bakıda Azərbaycanın bərpaçı rəssamı Gülşən Hacıyevanın fərdi sərgisi açılıb. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Sərgi Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın 150-dək əsəri nümayiş olunur. Həmçinin rəngkarlıq, qrafika, tətbiqi sənət və heykəltəraşlıq sənətinə aid müxtəlif mövzulu portretlər də təqdim edilir. Fırça ustasının əsərlərində müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.

Qeyd edək ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim kimi fəaliyyət göstərən Gülşən Hacıyevanın 65 illik yubileyi çərçivəsində keçirilir.

Son xəbərlər

Orphus sistemi