Berlin kinofestivalının “Qızıl ayı” mükafatını qaçqınlar haqqında film qazanıb

Berlin kinofestivalının “Qızıl ayı” mükafatını qaçqınlar haqqında film qazanıb Ekran əsəri İtaliyanın Lampeduza adasındakı həyat tərzindən bəhs edir
İncəsənət
20 Fevral , 2016 23:41
Berlin kinofestivalının “Qızıl ayı” mükafatını qaçqınlar haqqında film qazanıb

Bakı. 20 fevral. REPORT.AZ/ İtaliyalı rejissor Canfranko Rozinin ekranlaşdırdığı “Fuocoammare” sənədli filmi (“Dənizdə atəş”) 66-cı Berlin kinofestivalının “Qızıl ayı” mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə mükafatın rəsmi “twitter” səhifəsində məlumat verilib.

Film 2000-ci illərin əvvəllərindən Avropa ölkələrinə gedən qaçqınlar gəlməyə başladığı İtaliyanın Aralıq dənizində yerləşən Lampeduza adasındakı həyat tərzindən bəhs edir.

Son xəbərlər

Orphus sistemi