Berlin-2016 "Qızıl Ayı" kinofestivalının qalibləri elan ediləcək

Berlin-2016 "Qızıl Ayı" kinofestivalının qalibləri elan ediləcək Fevralın 11-dən başlanan festivalda 18 ekran əsəri nümayiş etdirilib
İncəsənət
20 Fevral , 2016 12:39
Berlin-2016 Qızıl Ayı kinofestivalının qalibləri elan ediləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Almaniyanın paytaxtında keçirilən Berlin-2016 "Qızıl Ayı" kinofestivalının finalı keçiriləcək. Report" xəbər verir ki, fevralın 11-dən start götürən festivalda 18 ekran əsəri nümayiş etdirilib.

Festivalın qalibi olacağı filmlər sırasında əsas yerdə Canfranko Rozinin çəkdiyi "Dənizdə alov" sənədli filmi dayanır.

Festivalın münsiflər heyətinə aktrisa Meril Strip rəhbərlik edir.

Berlin kinofestivalı siyası aktivliyi ilə seçilir. Festival 2016-cı ildə əldə edəcəyi gəlirlərlə qaçqınlara yardım etmək missiyası ilə çıxış edib.

Bu il festivala təqdim edilən ekran əsərləri əsasən sənədli, elmi-kütləvi filmlərdir.

Münsiflər heyətinin üzvləri: alman aktyoru Lars Aydenqer, britaniyalı tənqidçi Nik Ceyms, fransız fotoqrafı Bricit Lakomb, britaniyalı aktyor Klayv Oyen, italyan aktrisası Alba Rorvaxer və polşalı rejissor Malqorjata Şumovskadır..

Son xəbərlər

Orphus sistemi