Bayram Kürdəxanılı dəfn olunub

Bayram Kürdəxanılı dəfn olunub Meyxana ustası atasının yanında dəfn olunub
İncəsənət
23 Avqust , 2017 14:19
Bayram Kürdəxanılı dəfn olunub

Bakı. 23 avqust. REPORT.AZ/ Meyxana ustası Bayram Kürdəxanılı dəfn olunub. 

“Report” xəbər verir ki, mərhum Kürdəxanı qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfndən əvvəl meyxana ustası ilə vida mərasimi keçirilib. Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları da iştirak ediblər.

Vida mərasimindən sonra B.Kürdəxanlının cənazəsi son mənzilə yola salınmaq üçün qəsəbə qəbiristanlığına aparılıb.

Meyxana ustası atasının yanında dəfn olunub.

Qeyd edək ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi