Baletmeyster Eldar Əliyev: "Həmişə Bakını sevmişəm"

Baletmeyster Eldar Əliyev: "Həmişə Bakını sevmişəm" "Rusiya və Qafqazın mədəniyyətləri arasında canlı bağlantı tarixən yaranıb"
İncəsənət
12 Aprel , 2017 12:51
Baletmeyster Eldar Əliyev: Həmişə Bakını sevmişəm
PrimaMedia

Bakı. 12 aprel. REPORT.AZ/ "Bakı həmişə mənə dost, qonaqpərvər şəhər təsiri bağışlayıb, indi də elədir".

"Report" xəbər verir ki, bunu "Rusiya-Onlayn"a müsahibəsində Mariinski Teatrının Dənizkənarı səhnəsinin xoreoqrafı, baletmeysteri azərbaycanlı Eldar Əliyev deyib.

Onun sözlərinə görə, Rusiya və Qafqazın mədəniyyətləri arasında canlı bağlantı tarixən yaranıb və bu münasibətlər kifayət qədər uzun müddət ərzində inkişaf edib.

Azərbaycan ilə əlaqələri barədə danışan E.Əliyev həmişə Bakını xoş xatirələrlə xatırladığını bildirib.

"Gənclik illərimin Bakısı təkrarolunmaz rəngarəngliyi, gözəl insanları ilə unikal idi. O vaxtın Bakısı mənə bayram ab-havalı, musiqili, poetik, çox teatral görünürdü", - deyə xoreoqraf vurğulayıb.

Onun sözlərinə görə, hazırda şəhəri tanımaq olmur, o, əlbəttə ki, yaxşıya doğru çox dəyişib: "Şəhərlər dəyişməli, öz həyatlarını yaşamalıdırlar. Bu həyatı isə şəhərlərə insanlar, orada yaşayan əhali bəxş edir. Həmişə Bakını sevmişəm".

Son xəbərlər

Orphus sistemi