Bakıda rusiyalı rəssamın "Balet və İncəsənət növləri" sərgisi keçiriləcək

Bakıda rusiyalı rəssamın "Balet və İncəsənət növləri" sərgisi keçiriləcək Aprelin 3-də Bakıda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rusiyalı rəssam Nataliya Şevçenkonun Balet və İncəsənət növləri sərgisinin açılışı olacaq.
İncəsənət
2 Aprel , 2019 17:58
Bakıda rusiyalı rəssamın Balet və İncəsənət növləri sərgisi keçiriləcək

Aprelin 3-də Bakıda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rusiyalı rəssam Nataliya Şevçenkonun "Balet və İncəsənət növləri" sərgisinin açılışı olacaq.

"Report" xəbər verir ki, sərgi Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir.

Sankt-Peterburqdan olan xanım rəssam Natan yaradıcı psevdonimi ilə çalışır.

O, Astanada keçirilən IV və V Beynəlxalq rəssamlar müsabiqəsinin mükafatlarını qazanıb. Natanın rəsmləri Rusiyada və ondan xaricdə 32 muzey tərəfindən alınıb.

Bakıda keçiriləcək sərgidə Maya Plisetskaya, Yuri Qriqoroviç, Dmitri Xvorostovski, Sergey Raxmaninov, Sergey Dyaqilev, Pyotr Çaykovski, Fyodor Şalyapin, Boris Eyfmanın portretləri nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi