Bakıda Polad Bülbüloğlunun 70 illik yubiley tədbirləri keçiriləcək

Bakıda Polad Bülbüloğlunun 70 illik yubiley tədbirləri keçiriləcək Bəstəkarın "Eşq və Ölüm" baleti bu gün nümayiş etdiriləcək
İncəsənət
3 Fevral , 2015 12:56
Bakıda Polad Bülbüloğlunun 70 illik yubiley tədbirləri keçiriləcək

Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 4-də görkəmli ictimai xadim, müğənni, bəstəkar, xalq artisti, "İstiqlal" ordenli, professor Polad Bülbüloğlunun 70 yaşı tamam olur.

"Report" xəbər verir ki, bu münasibətlə fevralın 3-də Polad Bülbüloğlunun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Dövlət sifarişi ilə hazırlanan "Eşq və Ölüm" baletinin premyerası nümayiş etdiriləcək.

Fevralın 4-də Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək.

Hazırda sarayın səhnəsində sabahkı konsertin məşqləri davam edir.

Sabahkı yubiley tədbirində SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın xalq artisti Fərrux Zakirov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya və digər mədəniyyət, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi