Bakıda məktəb direktoru və müavininə yazılı xəbərdarlıq edilib

Bakıda məktəb direktoru və müavininə yazılı xəbərdarlıq edilib Həmin məktəbdə yoxlama aparılıb
İncəsənət
29 Fevral , 2016 13:26
Bakıda məktəb direktoru və müavininə yazılı xəbərdarlıq edilib

Bakı. 29 fevral. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi aparılan yoxlamaların nəticələrini əsas tutaraq əmək fəaliyyətlərində buraxdıqları nöqsanlara görə tabeliyində olan Ə.Bakıxanov adına 6№ -li Uşaq Musiqi məktəbinin direktoru Almaz Əhmədovaya və məktəbin tədris işləri üzrə direktor müavini İlahə Ağayevaya yazılı xəbərdarlıqlar edib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Xatırladaq ki, idarənin ilin əvvəlindən apardığı yoxlamaların nəticələrinə əsasən qurumun tabeliyində olan mədəniyyət müəssisələrinin bir neçə əməkdaşına da töhmət və xəbərdarlıqlar olunub.

Son xəbərlər

Orphus sistemi