Bakıda Macarıstanın caz qrupu konsert verib

Bakıda Macarıstanın caz qrupu konsert verib Bakıda Macarıstanın “Contempo” caz qrupu konsert verib.
İncəsənət
23 Noyabr , 2021 10:41
Bakıda Macarıstanın caz qrupu konsert verib

Bakıda Macarıstanın “Contempo” caz qrupu konsert verib.

“Report” xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyi və Avropa İttifaqının nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert 18 noyabr - Avropa Uşaqların Müdafiəsi Gününə və 25 noyabr - Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Gününə həsr olunub.

Fleyta və saksofon ifaçısı Ester Pozar, tsimbal ifaçısı Yozef Çurkula, gitaraçı Tibor Eixinger milli ənənələrin üstün olduğu müxtəlif havalar ifa ediblər. Azərbaycan xalqının “Sarı gəlin” mahnısının caz versiyası tamaşaçılar tərəfindən böyük rəqbətlə və sürəkli alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi