Bakıda keçirilən IV Teatr Konfransı beynəlxalq mətbuatda işıqlandırılıb

Bakıda keçirilən IV Teatr Konfransı beynəlxalq mətbuatda işıqlandırılıb Konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi iştirak edib
İncəsənət
12 Dekabr , 2016 20:43
Bakıda keçirilən IV Teatr Konfransı beynəlxalq mətbuatda işıqlandırılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın bu il noyabrın 7-8-də ev sahibliyi etdiyi IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında beynəlxalq mətbuatda yazı dərc olunub.

Bu barədə "Report"a Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, material Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in bu ay üçün nəşr olunmuş elektron bülletenində işıq üzü görüb.

“IV Baku İnternational Theater Conference” başlıqlı yazıda “Teatr və multikulturalizm” mövzusunda Bakıda keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ADGTT-da baş tutmuş Beynəlxalq ASSİTEJ prezidentləri və nümayəndələrinin iclası yer alıb.

Yazıda göstərilir ki, iclasda ASSİTEJ-Gürcüstan Milli Mərkəzinin prezidenti Sofi Dekanozişvili, ASSİTEJ- Xorvatiya Milli Mərkəzinin prezindeti Leo Vukeliç, Hindistan Kukla Teatrının direktoru, rejissor Mina Naik, ASSİTEJ- İran Milli Mərkəzinin nümayəndələri, məşhur teatr tənqidçiləri Əli Xoşqoftar, Fatemeh Fəridan, Habibə Meşkanlu, Sayid Kazemian, Simin Amirianin, Türkiyə Dövlət Teatrları sənətçisi, rejissor Ülviyyə Karaca, eləcə də ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvlərinin iştirak edərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlərə toxunublar.

Yazıda həmçinin, bildirilib ki, konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi – teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, Beynəlxalq teatr qurumlarının prezidentləri - iştirak edib. Konfrans çərçivəsində həyata keçirilmiş görüşlə yanaşı, plenar iclaslar, treninq və seminarlar haqqında da məlumat verilib.

Son xəbərlər

Orphus sistemi