Bakıda ilk dəfə “Klounların qış paradı” adlı şou nümayiş etdiriləcək

Bakıda ilk dəfə “Klounların qış paradı” adlı şou nümayiş etdiriləcək Sirk şousunda hava gimnastları, əhlilləşdirilmiş heyvanların maraqlı nömrələri, monosikl, akrobatların çıxışları təqdim olunacaq
İncəsənət
10 Dekabr , 2015 14:38
Bakıda ilk dəfə “Klounların qış paradı” adlı şou nümayiş etdiriləcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı Dövlət Sirkində ilk dəfə “Klounların qış paradı” adlı şou nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, dekabrın 25-dən başlayacaq proqramın özəlliyi bütün nömrələri klounların ifa etməsi olacaq.

Sirk şousunda hava gimnastları, əhlilləşdirilmiş heyvanların maraqlı nömrələri, monosikl, akrobatların çıxışları təqdim olunacaq.

Məlumata görə, korde-baletin müşayiətlə göstərilən nömrələrdə xüsusi işıq effektlərindən istifadə ediləcək. Yeni il günlərinə təsadüf etdiyinə görə, proqramda Şaxta baba və Qar qız da iştirak edəcək.

Qeyd edək ki, iki saat davam edən “Klounların qış paradı” proqramı 2016-cı il yanvarın ilk ongünlüyünədək təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi