Bakıda İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək

Bakıda İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının tələbləri və seçilmiş aşpazlar iştirak edəcək
İncəsənət
14 Aprel , 2016 11:23
Bakıda İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 14-də Bakı Bulvar Hotelində İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbir İsveçrənin Azərbaycandakı səfirliyinin Beynəlxalq Fransız dili və Frankofoniya həftəsi ərzində keçirəcəyi tədbirlər çərçivəsində baş tutacaq.

Master Klassda İsveçrədən olan aşpaz Paskal Obert, Fransadan olan aşpaz Tibo Bera və azərbaycanlı Aşpaz Orxan Muxtarov praktiki bişirmə texnikalarını nümayiş etdirəcək. Onların hər biri yalnız yerli məhsullardan istifadə etməklə xüsusi milli reseptlər və hazırlanma qaydasını təqdim edəcək.

Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının tələbləri və seçilmiş aşpazlar iştirak edəcək.

Qeyd edək ki, tədbir Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində İsveçrə səfirliyi tərəfindən təşkil olunub. Master Klassın məqsədi Kulinariya Akademiyasının seçilmiş tələbələrinə və qabaqcıl mehmanxana və restoranların yerli aşpazlarına yerli məshullardan istifadə etməklə Azərbaycan, İsveçrə və Fransanın müxtəlif yeməklərinin hazırlanma qaydalarını təqdim etməkdir.

Son xəbərlər

Orphus sistemi