Bakıda “CultRural” Festivalı 2022 yarmarkası keçirilib

Bakıda “CultRural” Festivalı 2022 yarmarkası keçirilib Bakıda yerli və xarici sahibkarların əl işləri və məhsullarının yer aldığı “CultRural” Festivalı 2022 yarmarkası keçirilib.
İncəsənət
6 Avqust , 2022 17:48
Bakıda “CultRural” Festivalı 2022 yarmarkası keçirilib

Bakıda yerli və xarici sahibkarların əl işləri və məhsullarının yer aldığı “CultRural” Festivalı 2022 yarmarkası keçirilib.

“Report” xəbər verir ki, canlı musiqinin müşayiəti ilə keçirilən yarmarkada sənətkarlıq, dizayn və moda, vizual və ifaçılıq sənəti və bir çox digər sahələrdə geniş çeşiddə məhsullar təqdim olunub.

Bu parlaq tədbirin iştirakçısı olan rəssam Aysel Əmirovanın sözlərinə görə, bu yarmarka onu təşkilatçılarla bundan sonra da işləməyə sövq edib.

“Bu yarmarkanın iştirakçısı olduğum üçün çox şadam. Bu, məni təşkilatçılarla bundan sonra da əməkdaşlıq etməyə sövq etdi. Ola bilsin daha geniş formatda. Çünki çox sayda əsərimi paylaşa bilərəm”, - o deyib.

Son xəbərlər

Orphus sistemi