Bakıda 7 günlük Novruz Festivalı keçiriləcək

Bakıda 7 günlük Novruz Festivalı keçiriləcək Festival proqramı çərçivəsində cins Qarabağ atı da nümayiş olunacaq
İncəsənət
17 Mart , 2017 15:23
Bakıda 7 günlük Novruz Festivalı keçiriləcək
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ Milli Turizm Təbliğat Bürosu təşkilatçılığı ilə martın 20-dən 26-dək Bakıda Novruz Festivalı keçiriləcək.

Bu barədə "Report"a Milli Turizm Təbliğat Bürosundan məlumat verilib. 

Novruz Festivalı cərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox incəsənət kolletivinin və tanınmış müğənnilərin iştirakıyla Sabir bağında yeddi gün ərzində konsert proqramı təqdim ediləcək.

Bundan əlavə, müxtəlif sahələri təmsil edən sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxtin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.

Festival proqramı çərçivəsində atlı yürüş təşkil olunacaq. Bu yürüşdə cins Qarabağ atı da nümayiş olunacaq.

Milli Turizm Təbliğat Bürosu şəhər sakinlərini və Bakının qonaqlarını xalq şənliklərinə qoşulmağa dəvət edir.

Xatırladaq ki, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 fevral 2017-cı il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.

Son xəbərlər

Orphus sistemi