Bakı Uşaq Teatrının rəhbəri Şimali Kiprdə tamaşa hazırlayacaq

Bakı Uşaq Teatrının rəhbəri Şimali Kiprdə tamaşa hazırlayacaq Tamaşanın həm Azərbaycanda, həm də Şimali Kiprdə nümayişi nəzərdə tutulur
İncəsənət
5 Yanvar , 2016 14:42
Bakı Uşaq Teatrının rəhbəri Şimali Kiprdə tamaşa hazırlayacaq

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan Şimali Kipr Türk Cümhuriyyətindən qayıdıb.

"Report" xəbər verir ki, İntiqam və Arzu Soltan Şimali Kipr Türk Cümhuriyyətinin Narkomaniyaya qarşı Mübarizə Komissiyasının rəhbəri Hasan Karaokçunun dəvəti ilə Lefkoşada olublar. Onlar  Şimali Kiprdə Narkomaniyaya qarşı Mübarizə Komissiyasının yaradılmasının bir illiyi münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

Tədbirdə Şimali Kipr Türk Respublikasının baş naziri Özkan Yorğancıoğlu və digər dövlət rəsmiləri iştirak edib. Tədbirdən sonra İntiqam Soltanın Şimali Kiprdə tamaşa hazırlaması məsələsi müzakirə olunub.

Narkomaniya ilə mübarizə kampaniyası çərçivəsində demək olar ki, Azərbaycanın bütün rayon, universitet və kolleclərində nümayiş olunmuş, ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan olan “Həyatla oyun” tamaşasının Şimali Kiprdə səhnələşdirilməsi planlaşdırılır.

Tamaşanın Azərbaycan və Şimali Kipr aktyorlarının birgə ifasında hər iki türk cümhuriyyətində nümayişi nəzərdə tutulur.

Tədbirin sonunda şimali kiprli aktyorların ifasında İntiqam Soltanın quruluşunda “Həyatla oyun” tamaşasından bir parça nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi