Bakı Uşaq Teatrında "Həyatla oyun" tamaşası hazırlanıb

Bakı Uşaq Teatrında "Həyatla oyun" tamaşası hazırlanıb Tamaşada, narkomaniyanın fəsadlarından söz açılır
İncəsənət
2 May , 2016 16:09
Bakı Uşaq Teatrında Həyatla oyun tamaşası hazırlanıb

Bakı. 2 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Bakı Uşaq Teatrı "Həyatla oyun" adlı tamaşa hazırlayıb.

Bu barədə "Report"a Bakı Uşaq Teatrından məlumat verilib.

Tamaşa Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanıb.

Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır.

Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir.

Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşasında hadisələr real həyatdan götürülüb. 

Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Tamaşa 1 saat 15 dəqiqə davam edir.

Yeni əsər Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın bütün bölgələrində, 20 ali və 10 orta ixtisas məktəbində nümayiş olunub. Aprel ayında tamaşa Şuşa 1 saylı şəhər məktəbində və Zəngilan Mədəniyyət İdarəsində nümayiş olunub, mayda isə Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşası ilə 5 rayonda qastrol səfərində olacaq.

Tamaşa mayın 2-də Oğuzda, 3-də Qaxda, 4-dü Şəkidə, mayın 5-də isə Zaqatalada nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi