Bakı Dövlət Sirki Xaçmazda proqramla çıxış edib

Bakı Dövlət Sirki Xaçmazda proqramla çıxış edib Bakı Dövlət Sirki Xaçmaz rayonu İstisu qəsəbəsində çıxış edib.
İncəsənət
225
17 İyul , 2021 13:25
Bakı Dövlət Sirki Xaçmazda proqramla çıxış edib

Bakı Dövlət Sirki Xaçmaz rayonu İstisu qəsəbəsində çıxış edib.

Dövlət Sirkindən "Report"a verilən məlumata görə, Xəzər Dəniz Gəmçiliyinin dəvəti ilə mədəniyyət ocağı Nabranda yerləşən Dənizçi İstirahət Mərkəzinin qonaqları üçün sirk proqramı ilə çıxış edib.

Proqramda alov, lazer, köpük şoularına xüsusi olaraq yer verilib.

Eyni zamanda “Sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar ayaq üstə alqışlarla qarşılanıb. Bundan başqa proqramda illüzonistlərin də çıxışları tamaşaçıları heyrətləndirib. Həmçinin proqramda “Filaminqo”, “Qaraçı” və milli rəqslər də yer alıb.

Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib.

Son xəbərlər

Orphus sistemi