"Babək 2020" filminin tizeri ictimaiyyətə təqdim edilib

"Babək 2020" filminin tizeri ictimaiyyətə təqdim edilib Filmdə fantastikaya daha çox yer veriləcək
İncəsənət
188
30 Avqust , 2017 13:51
Babək 2020 filminin tizeri ictimaiyyətə təqdim edilib

Bakı. 30 avqust. REPORT.AZ/ "Babək 2020" filminin ilk tizeri ictimaiyyətə təqdim edilib. 

"Report"un məlumatına görə, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur (LİMAF). 

Z.Tahirsoy bildirib ki, film müasir standartlara cavab verəcək: "Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi, film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Bu səbəbdən də "Babək 2020" layihəsinə start verdik. Azərbaycanda bu layihənin öhdəsindən gələ biləcək mütəxəssislər var. Sadəcə onlara imkan yaratmaq lazımdır. Fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvərlik, həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaq". 

Onun sözlərinə görə, çəkilişlərə Azərbaycanın peşəkar aktyorları ilə yanaşı, əcnəbi aktyorların da dəvət edilməsi planlaşdırılır.

F.Əsədov deyib ki, şərait yaradıldığı təqdirdə xarici filmlərdəkindən geri qalmayan görüntü əldə etmək mümkün olacaq: "Biz bu layihə ilə Azərbaycan kino sahəsində bir ilkə imza atmış olacağıq. Bu filimdə LİMAF qrafika hissəsini öz üzərinə götürəcək. Filmdə fantastikaya daha çox yer veriləcək". 

Filmdə aktyorların geyim işi modelyer Şəlalə Maqsudovaya həvalə edilib. 

Qeyd edək ki, filmin 2020-ci ildə yayımlanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi