“Azərxalça” 18 ədəd “Hyundai” markalı avtobus alıb

“Azərxalça” 18 ədəd “Hyundai” markalı avtobus alıb Bakı. 1 avquat. REPORT.AZ/ “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti filialları üçün 18 ədəd “Hyundai” markalı avtobus alıb.
İncəsənət
1 Avqust , 2018 11:22
“Azərxalça” 18 ədəd “Hyundai” markalı avtobus alıb
0 : 00
0 : 00

Bakı. 1 avquat. REPORT.AZ/ “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti filialları üçün 18 ədəd “Hyundai” markalı avtobus alıb. 

Qurumun mətbuat xidmətindən "Report"a bildirilib ki, avtobuslar sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə tam cavab verir.

Bu avtobusların hər biri 38 sərnişin yerlikdir. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “AVRO 4” standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və kondisioner quraşdırılıb.

Yeni nəqliyyat vasitələri toxucuların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi