Azərpaşa Nemətov: “Eldar Quliyevin filmlərini 50-60 ölkə alıb”

Azərpaşa Nemətov: “Eldar Quliyevin filmlərini 50-60 ölkə alıb” “Eldar Quliyev sənətin dahilərindən biri idi. Azərbaycan üçün ağır gündür, mədəniyyəti, incəsənəti, kinosu üçün böyük itkidir”
İncəsənət
715
18 Aprel , 2021 12:52
Azərpaşa Nemətov: “Eldar Quliyevin filmlərini 50-60 ölkə alıb”
Azərpaşa Nemətov

“Eldar Quliyev sənətin dahilərindən biri idi. Azərbaycan üçün ağır gündür, mədəniyyəti, incəsənəti, kinosu üçün böyük itkidir”.

"Report" xəbər verir ki, bu fikirləri Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru Azərpaşa Nemətov deyib.

"Eyni zamanda böyük Tofiq Quliyevin davamçısı, övladı Eldar Quliyev təkcə Azərbaycanda məşhur deyil, onun filmlərini 50-60 ölkə alıb. Həmişə Azərbaycanın adını yüksək tutub, qeyrətli azərbaycanlı övladı olub. Biz uşaqlıqdan çox yaxın olmuşuq, mən qardaşımı, sənətkarımızı itirmişəm", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi